İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkəcək

İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkəcək

Hazırda oxunan: İsrail şirkəti Azərbaycan əsgəri haqqında film çəkəcək

131832

İsrailin "Keshet International" şirkəti 2-ci Qarabağ müharibəsində ağır yaralanmış Azərbaycan əsgəri haqqında film çəkməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə trend.az-a şirkətin nümayəndəsi və "Yentas in the City" podkastının rəhbəri Ester Eti El-Kis Mizrahi deyib.

Onun sözlərinə görə, film İsraildən səkkiz nəfər cərrahın görmə qabiliyyətini itirmiş əsgərin gözünə buynuz qişa köçürmək üçün necə Azərbaycana gəldiyinə əsaslanacaq. Süjetə görə, buynuz qişa İsraildə bir ailə tərəfindən bağışlanır.
Şirkət nümayəndəsi həmçinin gələcəkdə növbəti nümayəndə heyətlərinin tərkibində Azərbaycana səfər etmək istədiyini bildirib.

O həmçinin əlavə edib ki, dünya birliyinin Azərbaycanın gözəlliyini görməsi çox vacibdir.

Qeyd edək ki, aprelin 19-da ABŞ və İsrail nümayəndələrindən ibarət nümayəndə heyətlərinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb.

Səfərin təşkil olunmasının əsas məqsədi Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatların, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə, o cümlədən İsrail və ABŞ ictimaiyyətinə çatdırılmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO