Dığ kəndi ərazisində vəziyyət necədir? - Paşinyandan AÇIQLAMA

Dığ kəndi ərazisində vəziyyət necədir? - Paşinyandan AÇIQLAMA

Hazırda oxunan: Dığ kəndi ərazisində vəziyyət necədir? - Paşinyandan AÇIQLAMA

131803

Azərbaycanla sərhəddə, Zəngəzurun Dığ (Tex) kəndi yaxınlığında mövqelərin dəqiqləşdirilməsi üzrə işlər davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi "Sputnik Ermənistan"ın sorğusuna cavab olaraq yayıb.

"Hazırda bu ərazidə postların dəqiqləşdirilməsi istiqamətində işlər davam edir", - məlumatda deyilir.

2023-cü il martın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti iddia edib ki, Ermənistan ərazisini Laçın dəhlizi ilə birləşdirən yolda Azərbaycan Silahlı Qüvvələri beş nöqtədə irəliləyib (Əslində bu ərazi Azərbaycana məxsus olub) və mühəndislik işlərinə başlayıb. 
Daha sonra hər iki ölkənin kartoqrafları vəziyyəti nizama salmaq üçün  razılıq əldə edib.

Aprelin 11-də isə ərazidə qarşıdurma olub. Azərbaycanın 3, Ermənistanın 4 hərbçisi ölüb.

Erməni mətbuatının yaydığı son məlumata görə, baş nazir Nikol Paşinyan Dığ kəndi yaxınlığındakı ərazilərlə bağlı açıqlama verib.

Onun sözlərinə görə, artıq 1,4 km hissə Azərbaycanla razılaşdırılıb: "Ümid edirik ki, yerdə qalan 3,6 km-lik ərazi də dəqiqləşdiriləcək və məsələ birdəfəlik bağlanacaq".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO