Sabiq deputatın tikinti şirkəti CƏRİMƏLƏNDİ 

Sabiq deputatın tikinti şirkəti CƏRİMƏLƏNDİ 

Hazırda oxunan: Sabiq deputatın tikinti şirkəti CƏRİMƏLƏNDİ 

131725

“Zəfər” Mənzil-Tikinti Kooperativi (MMC) böyük məbləğdə cərimə yazılıb.  

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci (yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə) maddəsi ilə cərimə olunub. 

İş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Rauf Daşdəmoruvun icraatına verilib.  

Məhkəmə baxışı aprelin 28-nə təyin edilib.  

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 253-1.2.2-ci maddəsi ilə yazılan protokol məhkəmə tərəfindən təsdiq olunarsa fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. 

Yerli mətbuatın yazdığına görə, “Zəfər” Mənzil-Tikinti Kooperativi sabiq deputat Xəlilbəy Günəşova məxsusdur.  

Məlumata görə, Xəlilbəy Günəşov zamanında sabiq Baş Qərargah Rəisi Nəcməddin Sadıkovla yaxın münasibəti olub.  

Mətbuat yazır ki, vaxtı ilə bu MMC “Salyan kazarması”nın ərazisində, Akademik Şəfayət Mehdiyev küçəsində zabitlər üçün inşa olunan evlərin tikilməsi üçün tenderin qalibi olub.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO