Laçın kəndlərinin baş planı hazırlanıb - VİDEO

Laçın kəndlərinin baş planı hazırlanıb - VİDEO

Hazırda oxunan: Laçın kəndlərinin baş planı hazırlanıb - VİDEO

131712

"Biz keçmiş məcburi köçkünləri bu ilin sonuna qədər Laçın şəhərinə qaytaracağıq. Bu gün tam əminliklə deyə bilərəm ki, yay aylarında artıq buna nail olacağıq". 

Prezident İlham Əliyevin Salyan şəhərində verdiyi bu açıqlama əslində laçınlılar üçün böyük qayıdış müjdəsidir. Mövcud geosiyasi vəziyyəti, eləcə də Laçın yolu ətrafında cərəyan edən prosesləri nəzərə alsaq, bu həm də dosta-düşmənə açıq mesajdır. 

Bizim.Media xəbər verir ki, mövzunu millət vəkili Mahir Abbaszadə davam etdirib.

Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən azad olunan ərazilərin baş planlarının hazırlanması işləri sürətlə davam edir.

Ölkə başçısının Laçına qayıdışla bağlı verdiyi anonsdan belə aydın olur ki, I mərhələdə burada 570 fərdi ev inşa olunacaq.

Laçında iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində yeni iş yerlərinin yaradılması da nəzərdə tutulur.

Paralel olaraq, Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməlini yaxın zamanlarda qoyulacaq.

Ağdam, Füzuli, Zəngilan şəhərlərində də yaşayış binalarının inşası plan üzrə aparılır, Kəlbəcər və Cəbrayıl şəhərlərində hazırlıq işləri görülür.

Daha ətraflı videosüjetdə:
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO