Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana GƏTİRİLDİ

Hazırda oxunan: Beynəlxalq axtarışda olan şəxs Moldovadan Azərbaycana GƏTİRİLDİ

131706

Baş Prokurorluğun vəsatəti əsasında Moldovanın Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Babək Sultanovun  ölkəmizə ekstradisiyası haqqında qərar qəbul edilib.

Bizim.Media xəbər verir ki, Qazax rayon polis şöbəsində istintaq olunan cinayət işi üzrə Babək Sultanovun qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlaması və daşımasına əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Babək Sultanov Moldova Respublikası ərazisində saxlanılaraq aprelin 19-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO