Paşinyan mühafizəçilərinin sayını artırdı - NƏDƏN QORXUR?

Paşinyan mühafizəçilərinin sayını artırdı - NƏDƏN QORXUR?

Hazırda oxunan: Paşinyan mühafizəçilərinin sayını artırdı - NƏDƏN QORXUR?

131609

Ermənistanın baş naziri Nikol Paşinyan artıq öz qorxusunu gizlədə bilmir.

Bizim.Media xəbər verir ki, bunu dünən parlamentin iclasına çoxlu sayda mühafizəçi və polis əməkdaşlarının müşayiəti ilə gəlməsi sübut edir. 

Bu barədə “Joxovurd” qəzeti mövzunu inkişaf etdirərək yazır:

“Bu, ölkə tarixində ilk dəfədir ki, baş verir. Onun mühafizəçiləri fraksiyaların hər bir sırasının yuxarısında və ya aşağısında oturub deputatlara tamaşa edirdilər. Zalın bütün girişlərində Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə yanaşı, mülki geyimli silahlı mühafizəçilər də olub. Paşinyan açıq-aydın nədənsə qorxur. Ancaq dəqiq nə olduğunu yalnız o bilir".
Xatırladaq ki, 1999-cu ildə Ermənistan parlamentində baş verən terror aktı nəticəsində baş nazir V.Sarkisyan, spiker Karen Dəmirçyan və bəzi deputatlar həlak olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO