“Xaricilər Azərbaycanın razılığı ilə Qarabağa buraxılmalıdır” – PREZİDENT 

“Xaricilər Azərbaycanın razılığı ilə Qarabağa buraxılmalıdır” – PREZİDENT 

Hazırda oxunan: “Xaricilər Azərbaycanın razılığı ilə Qarabağa buraxılmalıdır” – PREZİDENT 

13152

“Gələcəklə bağlı dəqiqi mövqeyimiz var. İstənilən inteqrasiya formasına hazırıq. Bu gün anlaşılmayan məsələ odur ki, rus sülhməramlıları xariciləri Dağlıq Qarabağa gizli buraxır. Bütün bunlardan xəbərimiz var və bizdə qeyri müəyyənlik yaradır. Çünki əcnəbiləri Azərbaycanın razılığı ilə Qarabağa buraxılmalıdır. Bu gün bütün imkanlar hesabına hər şeyi nəzarət altında saxlayacağıq”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev keçirdiyi onlayn mətbuat konfransında qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

“5 ildən sonra sülhməramlıların fəaliyyətinə son qoyula bilər” – Prezident 


Prezidentin sözlərinə görə müharibədən əvvəl Qarabağda 60 min erməni yaşayırdı:

“Xankəndində və harada ki, erməni yaşayır oranın inteqrasiyası qaçılmaz bir prosesdir. Onlar Artsax dövləti haqqında danışırlar.

Belə dövlət olmayıb və olmayacaq. Ermənilər Azərbaycan vətəndaşları kimi Dağlıq Qarabağda yaşayacaqlar. Təssüf edirəm ki, erməni millətinin beyinləri yuyulub.

Bu insanları müalicə etmək lazımdır. Vaxt vermək lazımdır ki, yaralar sağalsın”. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO