Gecikmə sindromunun SƏBƏBLƏRİ – Bəzi insanlar niyə hər yerə gecikirlər?

Gecikmə sindromunun SƏBƏBLƏRİ – Bəzi insanlar niyə hər yerə gecikirlər?

Hazırda oxunan: Gecikmə sindromunun SƏBƏBLƏRİ – Bəzi insanlar niyə hər yerə gecikirlər?

131468

Hər birimiz zaman-zaman işə və görüş yerinə gecikmişik. Təbii ki, gecikmənin obyektiv və subyektiv səbəbləri olur. Məsələn, avtomobillə şəhərdə harasa gedəndə yolda baş verən avtoqəza səbəbindən yaranan tıxaca görə gecikirsən. Bu təsadüfi haldır.

Amma bəzilərimizdə gecikmə vərdiş halını alıb. Davamlı olaraq işə də, görüşə də gecikirik. Adam var ki, işə və yaxud dərsə hər gün gecikir. Bu isə artıq məsuliyyətsizlikdir.

Mütəxəssislərin fikrincə insanlar əsasən qış aylarında daha çox gecikir. Bu da soyuq hava ilə əlaqəli olur. Çünki, qarlı-yağışlı havalarda nəqliyyatın işində daha çox axsamalar olur. İsti havalarda isə bu problem olmur. Bununla belə gecikmə halı çox təkrarlandığı zaman bu vərdiş halını alır. 

Bəs, davamlı gecikmə nəyin əlamətidir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova bildirib ki, ən sonda gəlmək insanın özünü güclü görmək istəyindən qaynaqlanır:
 

MÖVZU İLƏ BAĞLI:

“İnsanlar getdikcə dəli olacaqlar” – Artan aqressivliyin SƏBƏBLƏRİ 


“Məsələn, bəzi adamlar məclislərə adətən gec gedirlər. Məqsədləri də o olur ki, məclisə girəndə hamı onlara diqqət eləsin. Belə adamlar məclisə girərkən hətta telefonla danışa-danışa addımlayırlar. Belələri işə də, görüşə də bir qayda olaraq gecikilrər. Çünki, onlar kimlərisə gözlətməklə özlərində güclülük hissi yaradırlar. Bu isə artıq psixi problemdir. 

Belələri ətrafdakılardan öz müsbət və nümunəvi xüsusiyyətləri ilə deyil, fərdi xarakterləri ilə seçilməyə çalışırlar. Təbii ki, bu da düşüncə qüsuru ilə bağlıdır. Belə insanlar həyatda heç də hər zaman uğur qazanmırlar”.

Nevroloq Rəna Abbasova isə qeyd edib ki, insanlarda gecikmə ya pataloji problemdən qaynaqlanır, ya da sadəcə vərdişdir:

“Pasiyentlər gecikmə hallarını digər şikayətlərlə birgə qeyd edirlər. Pasiyentlər deyirlər ki, yaddaşlarında zəiflik var. Onlar əvvəllər punktual və dəqiq olublar. Yaddaşsızlıq və unutqanlıqdan görüşlərə, tədbirlərə gecikirlər. Bu halda vəziyyəti vərdişləri olaraq deyil, orqanik patalogiya kimi axtarmağa çalışırıq. Bəzi insanlarda isə bu pataloji hal deyil, sadəcə fərdi xarakterdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO