Simonyandan ağlasığmaz TƏKLİF:

Simonyandan ağlasığmaz TƏKLİF: "Kara-Murzanı və iki amerikalını Assancla dəyişək"

Hazırda oxunan: Simonyandan ağlasığmaz TƏKLİF: "Kara-Murzanı və iki amerikalını Assancla dəyişək"

131419

"Amerikalı Pol Uilanı, dövlətə xəyanətdə təqsirli bilinən Vladimir Kara-Murza (xarici agent) və casusluqda şübhəli bilinən Evan Qerşkoviçi WikiLeaks-in yaradıcısı Culian Assancla dəyişmək lazımdır".

Bizim.Media xəbər verir ki, bu ağlasığmaz təkliflə RT telekanalının baş redaktoru Marqarita Simonyan çıxış edib.

Qeyd edək ki, Moskva Şəhər Məhkəməsi dünən rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murzanı 25 il müddətinə azadlıqdan məhrum edib. O, dövlətə xəyanət və rus ordusu haqqında saxta məlumatların yayılmasında ittiham olunub.

Rusiyada casusluq ittihamı ilə həbs edilən Wall Street Journal-ın 31 yaşlı müxbiri, amerikalı Evan Qerşkoviç isə jurnalda Rusiyanın Ukraynaya təcavüzünün nəticələri haqqında geniş məlumat verib. O, 1986-cı ildən bəri Rusiyada həbs olunan ilk xarici müxbir olub.
ABŞ, İrlandiya və Kanada vətəndaşı, həmçinin Böyük Britaniyanın subyekti olan Pol Uilan 2020-ci il iyunun 15-də Moskva Şəhər Məhkəməsi tərəfindən casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO