“Yaxında Laçında olduq və ilk dəfə idi ki, ordaydım. Gözəl yerlərdir, amma eyni zamanda böyük bərpa işləri gözlənilir. Proses həm də minalardan təmizləmə əməliyyatları ilə bağlıdır. Bəs, infrastruktur bərpasında Rusiya şirkətlərinin hansıları ilə danışıqlar gedir?”
Bizim.Media xəbər verir ki, bu sualı “RİA Novosti”nin əməkdaşı Prezident İlham Əliyevə ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Status məsələsi ümumiyyətlə gündəlikdən çıxmalıdır” - PREZİDENT
Ölkə başçısı cavabında vurğulayıb ki, “minalardan təmizləmədə yolun əvvəlindəyik.
Bu yaxınlarda Türkiyədən müasir texnika da almışıq. Bu texnika işimizi asanlaşdıracaq. Bu yaxınlarda yeni Agentlik təsis etdik. Daha əvvəl ANAMA var idi və bu işi gücləndirmək üçün xüsusi dövlət strukturu yaratmışıq.
Agentliyə 100 milyon manata yaxın vəsait ayırırıq. Maksimum dərəcədə bununla məşğul olacağıq.
Həmçinin müxtəlif şirkətlərlə danışıqlar aparırıq. Təəssüf ki, minalardan təmizləmə bir ilə başa gələn iş deyil.”
Ölkə başçısı əlavə edib ki, Qarabağda kənd təsərrüfatı fəaliyyətinə başlanılıb.
“Beynəlxalq əməkdaşlığa hazırıq. Amma iki amil var – keyfiyyət və qiymət. Bu da hansı şirkıətə üstünlük verəcəyimizi aydınlaşdırır.
Rusiya şirkətləri ilə bağlı bəyanat vermişəm. Rusiya Azərbaycana dost ölkələrdir. Rusiya şirkətləri də cəlb olunacaq. 10 min kv.km ərazidir və mənə elə gəlir ki, Azərbaycanın bütün dostlarına iş çatacaq”, - deyə Prezident suala cavabını yekunlaşdırıb.
Bizim.Media