"TCG Anadolu”nu ilk gündə 9 minə yaxın adam ziyarət etdi

Hazırda oxunan: "TCG Anadolu”nu ilk gündə 9 minə yaxın adam ziyarət etdi

131338

İstanbulun Sarayburnu Limanında ziyarətçilərin üzünə açılan dünyada pilotsuz uçuş aparatları (PUA) daşımaq imkanı olan ilk hərbi desant gəmisi və bütün Türkiyənin fəxri “TCG Anadolu” ilk gündən böyük maraqla qarşılanıb.

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, səhər saatlarından növbə yaradan ziyarətçilər qrup halında gəmiyə aparılıb.

Səfərlər saat yerli vaxtla saat 13.00-da başlayıb, 18.00-da başa çatıb. “TCG Anadolu” ilk gündə 8 min 720 adam tərəfindən ziyarət edilib.

Qeyd edək ki, “TCG Anadolu” gəmisi Türkiyənin texnologiya cəhətdən inkişafını göstərir. Gəminin istehsalı zamanı 70 faiz yerli materiallardan istifadə olunub. Hərbi gəminin tikintisi 2016-cı ilin aprelində başlanıb və 2019-cu ilin iyununda uğurla suya buraxılıb. Gəmi 2022-ci ildən başlayaraq sınaqlardan keçirilib.

Uzunluğu 231 metr, eni 32 metr olan gəmi bir tabor hərbçi tutumuna malikdir. Bundan başqa, gəmi 94 hərbi texnika, o cümlədən 13 tank, suda istifadə olunan 27 və quruda istifadə edilən 6 zirehli hərbi maşın daşıya bilər. Eyni zamanda, gəmi10 helikopter və 11 PUA daşımağa qadirdir. Qəza vəziyyətləri üçün gəmidə 4 kater saxlanılır.

Xatırladaq ki, “TCG Anadolu” aprelin 23-dək ziyarətçilər üçün açıq olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO