Üç universitetin tələbələri arasında DAVA – Bıçaqlanma olub

Üç universitetin tələbələri arasında DAVA – Bıçaqlanma olub

Hazırda oxunan: Üç universitetin tələbələri arasında DAVA – Bıçaqlanma olub

131269

Bakıda tələbələr arasında dava olub, xuliqanlıq hərəkətləri törədilib.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, DİN-in Mətbuat xidmətindən bildirilib ki, bu gün 2003-cü il təvəllüdlü tələbəyə kəsici-deşici alətlə müxtəlif bədən xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. 

Hadisəni törətməkdə şübhəli bilinən, müxtəlif ali təhsil müəsissələrindən olan bir neçə tələbə saxlanılaraq məsuliyyətə cəlb edilib.
Hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Faktla bağlı Nərimanov RPİ-də xuliqanlıq ittihamı ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, hadisə zamanı 3 universitetin tələbələri davaya qarışıb. Xəsarət alan tələbə hazırda xəstəxanadadır. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO