“Chrome”u TƏCİLİ yeniləyin - XƏBƏRDARLIQ

“Chrome”u TƏCİLİ yeniləyin - XƏBƏRDARLIQ

Hazırda oxunan: “Chrome”u TƏCİLİ yeniləyin - XƏBƏRDARLIQ

131112

“Google” təhlükəli zəifliyi aradan qaldıran “Chrome”un masaüstü versiyası üçün təcili yamaq buraxıb.

Bizim.Media xəbər verir ki, təcavüzkarların qüsurdan istifadə etməsi halları artıq məlum olduğu üçün şirkət versiyanı mümkün qədər tez yeniləməyi xahiş edir.

“Bleeping Computer”in ekspertləri bu barədə xəbərdarlıq ediblər. Ekspertlərin sözlərinə görə, sistemdəki boşluğun ilin əvvəlindən mövcud olacağı ehtimal edilir. Onun köməyi ilə hakerlər “Chrome” axtarış sistemindən istifadə edən istifadəçilərin kompüterinə və ya smartfonuna casus proqramlar yeridə bilərlər.
Xatırladaq ki, “Google” birləşdirilmiş bütün platformalarda istənilən digər brauzeri qabaqlayır. 2023-cü ilin mart ayında “Chrome” bazarın 64,8 faizinə sahibdir. İkinci ən populyar brauzer 19,5 faizlə “Apple Safari”dir. İlk üçlüyü 4,6 faiz bazar payı ilə “Microsoft Edge” qapayır. Dördüncü və beşinci yerləri 2,93 faizlə “Firefox” və 2,57 faiz payla “Samsung Internet” mobil brauzeri tutur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO