DİN-dən Benzin daşıyan maşının körpüdən aşması ilə bağlı AÇIQLAMA 

DİN-dən Benzin daşıyan maşının körpüdən aşması ilə bağlı AÇIQLAMA 

Hazırda oxunan: DİN-dən Benzin daşıyan maşının körpüdən aşması ilə bağlı AÇIQLAMA 

130961

Qəbələdə yanacaqdaşıyan maşın iki avtomobilə dəyərək körpüdən aşıb, ölən var. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində 1960-cı il təvəllüdlü Məhərrəm Quliyev idarə etdiyi “Mercedes” markalı yanacaqdaşıyan yük avtomobili ilə Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi əvvəlcə yolun kənarındakı iki minik avtomobilinə dəyib, daha sonra isə körpüdən aşıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Yanacaq daşıyan maşın qəzaya düşdü - Sürücü avtomobildə sıxılı qalıb öldü - VİDEO


Hadisə yerinə dərhal polis və FHN-in əməkdaşları cəlb olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Avtomobildə sıxılı vəziyyətdə qalan M.Quliyevin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO