Voleybol üzrə kişilər arasında Azərbaycan birinciliyində final mərhələsinin növbəti oyunları baş tutub.
Bizim.Media xəbər verir ki, bu gün Voleybol Mərkəzində “Murov” və “Xarı bülbül” çempionluq, MOİK və “Neftçi” isə üçüncülük yolunda bir daha meydana çıxıblar.
Günün ilk qarşılaşması “Murov” və “Xarı bülbül” klubları arasında olub. Cütün ilk matçında 3:1 hesabı ilə qələbə qazanan “Murov” bu oyunda 3:0 (25:18, 25:18, 25:16) hesabıyla qalib gəlib.
Daha sonra meydana MOİK və “Neftçi” komandaları çıxıblar. Cütün ilk görüşündə quru hesabla qalib gələn “Neftçi” bu dəfə MOİK-in daha ciddi müqaviməti ilə rastlaşıb. Bununla belə, "Neftçi" rəqibini 3:1 (16:25, 25:23, 25:17, 25:23) hesabı ilə məğlub edərək bürünc medala bir qədər də yaxınlaşıb.
Qeyd edək ki, ölkə birinciliyinin reqlamentinə əsasən komandalar üç qələbəyədək mübarizə aparır. Bu mərhələnin növbəti qarşılaşmalarının tarixləri ilə bağlı məlumat veriləcək.
Yüksək Liqa
2-ci oyunlar
"Murov" - "Xarı bülbül" 3:0 (25:18, 25:18, 25:16)
MOİK - "Neftçi" 1:3 (25:16, 23:25, 17:25, 23:25)
1-ci oyunların nəticələri
"Xarı bülbül" - "Murov" 1:3 (25:20, 20:25, 19:25, 17:25)
"Neftçi" - MOİK 3:0 (25:19, 25:18, 26:24)
Rəşad Rafiqoğlu, Bizim.Media
- A-
- A
- A+
İdman
00:48 / 14.04.2023
"Murov" yenə "Xarı Bülbül"ə qalib gəldi - FOTO
Hazırda oxunan: "Murov" yenə "Xarı Bülbül"ə qalib gəldi - FOTO
Hazırda oxunan: "Murov" yenə "Xarı Bülbül"ə qalib gəldi - FOTO
130665
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.