“Qəbələ” öz meydanında “Sumqayıt”ı məğlub etdi

“Qəbələ” öz meydanında “Sumqayıt”ı məğlub etdi

Hazırda oxunan: “Qəbələ” öz meydanında “Sumqayıt”ı məğlub etdi

13058

Fevralın 25-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.

Bizim.Media xəbər verir ki, turun açılış görüşü Qəbələ şəhər stadionunda oynanılıb.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda futbolçunun iki dişi qırıldı, xəstəxanadadır 


“Qəbələ” klubu doğma azarkeşlər önündə “Sumqayıt” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə “Qəbələ” minimal hesabla qələbə qazanıb.

Oyunda yeganə qolun müəllifi 50-ci dəqiqədə Ceyms Adeniyi olub.

Bu qələbədən sonra xal ehtiyatını 21-ə çatdıran qəbələlilər turnir cədvəlində 5-ci pillədə yerini möhkəmlədiblər. “Sumqayıt” isə 23 xalla dördüncü yerdə qərarlaşıb.

Öz meydanında 18-ci dəfə “Sumqayıt”ı sınağa çəkən “Qəbələ” doğma azarkeşlər önündə 12 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Öz meydanında 32 top vuran “Qəbələ” 10 qol buraxıb.

Qeyd edək ki, turun bütün görüşləri bu gün baş tutacaq. Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu “Neftçi”ni, “Azersun Arena”da “Qarabağ” “Səbail”i, “Bank Respublika Arena”da isə “Sabah” klubu “Keşlə”ni qəbul edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO