Bakıda yaşayış binasında güclü YANĞIN - Yaralı var

Bakıda yaşayış binasında güclü YANĞIN - Yaralı var

Hazırda oxunan: Bakıda yaşayış binasında güclü YANĞIN - Yaralı var

130362

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı FHN-in Mətbuat xidməti yayıb.

Mənbə yazır ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə baş verdiyi və mənzildə bir nəfər vətəndaşın həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən edilib.

FHN qüvvələri tərəfindən operativ qaydada yanğın baş verən mənzilin qapısı xüsusi vasitələrlə açılaraq yanğın qısa müddətdə söndürülüb və mənzildə həyati təhlükəli vəziyyətdə qalan vətəndaş xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Yanğın nəticəsində ümumi sahəsi 48kv.m. olan mənzilin bir otağında ev əşyaları 1m² sahədə yanıb, otağın döşəmə və divarları ziyan görüb. Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO