İtaliya hökuməti Aralıq dənizi marşrutları ilə miqrant axınının kəskin artması ilə əlaqədar ölkə daxilində fövqəladə vəziyyət tətbiq edib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, hökumət mülki müdafiə və dəniz siyasəti naziri Nello Musumeçinin təklifi ilə bu qərarı qəbul edib.
Fövqəladə vəziyyət rejimi 6 ay davam edəcək və bütün ölkə ərazisində etibarlı olacaq. Bu məqsədlə ilkin olaraq 5 milyon avroluq vəsait ayrılıb.
Qeyd edək ki, ötən həftə sonundan indiyədək İtaliya ərazisinə 3 mindən çox mühacir gəlib. İtaliya son dövrlərdə Şimali Afrikadan Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:33 / 11.04.2023
İtaliyada fövqəladə vəziyyət ELAN EDİLDİ - SƏBƏB
Hazırda oxunan: İtaliyada fövqəladə vəziyyət ELAN EDİLDİ - SƏBƏB
Hazırda oxunan: İtaliyada fövqəladə vəziyyət ELAN EDİLDİ - SƏBƏB
130246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.