Türkiyə və Ermənistan arasında quru sərhədinin açılması üzərində iş gedir

Türkiyə və Ermənistan arasında quru sərhədinin açılması üzərində iş gedir

Hazırda oxunan: Türkiyə və Ermənistan arasında quru sərhədinin açılması üzərində iş gedir

130017

“Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlar üçün gündəmdə olmasa da, ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına müsahibəsi zamanı məlumat verib. 

“Ermənistan səfirliyinin açılması yaxın vaxtlarda baş tutmaya bilər, çünki əvvəlcə başqa addımlar atmalıyıq. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb, Ermənistan aviadaşıyıcıları hava məkanımız üzərindən üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - deyə Çavuşoğlu qeyd edib. 

Türkiyəli nazir quru sərhəd keçidinin açılması halında bunun diplomatik pasport sahibləri və ya üçüncü ölkələrin adi vətəndaşları üçün keçərli olub olmayacağı barədə məlumat verməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO