AFFA De Byazinin gələcəyini müzakirə edəcək

AFFA De Byazinin gələcəyini müzakirə edəcək

Hazırda oxunan: AFFA De Byazinin gələcəyini müzakirə edəcək

129923

Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir.  

Bizim.Media xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində məlumat verib.  

Onun sözlərinə görə, müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir.

AFFA rəsmisi qeyd edib ki, hazırda milli komandanın baş məşqçisi Canni De Byazinin istefaya göndərilməsi gündəmdə deyil.  

Xatırladaq ki, Azərbaycan millisi Canni de Byazinin rəhbərliyi altında "Avro-2024"ün seçmə mərhələsinin ilk iki matçını ağır hesabla uduzuub (Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə). 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO