Azərbaycan bazarı üçün “Xiaomi Redmi Note 12” seriyasının SATIŞI BAŞLADI – FOTO/VİDEO

Azərbaycan bazarı üçün “Xiaomi Redmi Note 12” seriyasının SATIŞI BAŞLADI – FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan bazarı üçün “Xiaomi Redmi Note 12” seriyasının SATIŞI BAŞLADI – FOTO/VİDEO

129894

Qazaxıstanın Almatı şəhərində “Xiaomi” brendinin çoxdan gözlənilən “Redmi Note 12” seriyasının təqdimatı baş tutub. Bu təqdimat qlobal texnologiya lideri Xiaomi şirkətinin MDB məkanında ilk regional tədbiri olub. Şirkətin ad günündə baş tutan təqdimat “Parlaq yaşa” şüarı altında keçirilib. 

Bizim.Media əməkdaşının verdiyi məlumata görə, təqdimatda “Redmi Note 12” seriyasının Azərbaycanda satışına başlanıldığı elan edilib.

Tədbirdə 20-yə yaxın azərbaycanlı jurnalistlər, texnoblogerlər iştirak edib. 

Təqdimat zamanı Xiaomi şirkətinin MDB-dəki rəhbəri Yuy Man və şirkətin digər nümayəndələri region bazarları üçün Redmi Note 12 smartfonlarının yeni seriyasını, eləcə də ənənəyə uyğun olaraq ekosistem cihazları seqmentində yenilikləri elan ediblər.

Populyar seriyaya iki heyrətamiz cihaz olan “Redmi Note 12” və “Redmi Note 12 Pro+” daxildir. Bu təkmilləşdirmələrə kamera sistemi, batareyanın iş müddəti, şarj sürəti və rahat dizayn daxildir və bütün bunlar ənənəvi olaraq cəlbedici qiymətə təklif olunur.

İstifadəçiləri “parlaq həyata” ruhlandıran qabaqcıl funksiyalar bir sıra özəlliklərlə də seçilir.

“Redmi Note 12 Pro+” optik stabilləşməyə malik flaqman səviyyəli 200 MP-lik əsas kamera, ultra geniş bucaqlı kamera və makro kamera sayəsində yuxarı və orta qiymət diapazonuna malik smartfon seqmentində fotoları yenidən təsəvvür etmək üçün nəzərdə tutulub. Güclü süni intellektli proqram alqoritmləri, təsvirin gücləndirilmiş emal sürəti və digər faydalı xüsusiyyətlər kameradan istifadə ilə bağlı ümumi təəssüratları tamamlayır.

Hər iki seriya heyrətamiz dərəcədə parlaq və canlı “Flow AMOLED” displeyləri ilə istifadəçiləri sevindirəcək. Çərçivələri kiçiltməyə imkan verən “P-OLED”in çevik dəstəyi ilə birlikdə hər iki cihaz mükəmməl və heyrətamiz vizual təəssürat yaradır.
Smartfon qabaqcıl səviyyəli 120 Vt “HyperCharge” şarj sürətinə və hətta intensiv istifadə etdikdə belə uzunmüddətli gündəlik istifadə üçün 5000 mAh tutumlu batareyaya malikdir. Hamar və etibarlı iş yüksək performanslı “MediaTek Dimensity 1080” çipseti tərəfindən təmin edilir.

“Redmi Note 12” müasir smartfonun bütün üstünlüklərini yaşamaq istəyən alıcılar üçün nəzərdə tutulub. “Redmi Note 12” 33 Vt-lıq sürətli şarj və uzunmüddətli 5000 mAh (tipik) tutumlu batareya ilə təchiz olunub. Bu o deməkdir ki, istifadəçilər batareyanın bitməsindən narahat olmadan daha çox proqramdan istifadə edə və daha çox şəkil çəkə bilərlər.

Buna süni intellektə malik etibarlı üçlü kameranı, heyrətamiz gecə rejimi funksiyasını və bir çox faydalı funksiyaları və filtrləri də əlavə etsək, əvvəllər flaqman telefonlarına xas olan kamera sistemi ilə münasib qiymətə bir cihaz əldə edirsiniz.

Azərbaycanda “Redmi Note 12” və “Redmi Note 12 Pro+” aprelin 6-da satışa çıxarılıb.

“Redmi Note 12”nin 4GB + 64GB versiyasının tövsiyə olunan pərakəndə satış qiyməti 439.99 manat, 4GB + 128GB versiyası 459.99 manat, 6GB + 128GB versiyası isə 499.99 manatdır. “Redmi Note 12 Pro+” 8GB + 256GB versiyası 999,99 AZN qiymətindədir.

Yeni məhsulların görüntülərini təqdim edirik:
 







































Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO