Xaçmazda ev yanaraq külə döndü - Ər-arvad öldü - ÖZƏL - VİDEO

Xaçmazda ev yanaraq külə döndü - Ər-arvad öldü - ÖZƏL - VİDEO

Hazırda oxunan: Xaçmazda ev yanaraq külə döndü - Ər-arvad öldü - ÖZƏL - VİDEO

129835

Xaçmazın Xanoba kəndindəki fərdi evlərin birində yanğın olub. 

Bizim.Media xəbər verir ki, hadisə bu gecə saat 01.40 radələrində qeydə alınıb.

Yanğın yerinə dərhal FHN-in Xaçmaz Dövlət Yanğınsöndürmə Hissəsinin iki yanğınsöndürmə avtomobili göndərilib.

Alovun qarşısı 02.30-da məhdudlaşdırılaraq  03.30-da tam alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 150 kvadratmetr olan 1 mərtəbəli, 5 otaqlı ev əşyaları ilə birgə tam yanıb. Yanmış evdən yanğınsöndürənlər ev sahibi, 60 yaşlı Aslan Balasultan oğlu Tarverdiyevin və həyat yoldaşı, 58 yaşlı Rumayə  Atakişi qızı Tarverdiyevanın yanmış meyitlərini askar ediblər.
Yanğının başvermə səbəbləri açıqlanmır. Xaçmaz rayon prokurorluğunda araşdırma başlanılıb.
 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO