Mətanət keçmiş gəlinindən DANIŞDI: \

Mətanət keçmiş gəlinindən DANIŞDI: \"Uşaqları öz xoşu ilə bizə verib\" - VİDEO

Hazırda oxunan: Mətanət keçmiş gəlinindən DANIŞDI: \"Uşaqları öz xoşu ilə bizə verib\" - VİDEO

129820

Əməkdar artist Mətanət İsgəndərli qalmaqal yaşadığı keçmiş gəlini Canana ilə aralarındakı münasibətlərindən söz açıb.

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu "Günaydın Azərbaycan!" səhər şousunda iki oğlan və bir qız nəvəsinin onunla yaşadığını söyləyib.

Mətanət bildirib ki, məhkəmə uşaqları müğənnin ailəsindən alıb Cananaya versə də, gəlinləri övladlarını İsgəndərlilərə həvalə edib:

"Efirlərə çıxdı söylədi ki, biz onun uşaqlarını əlindən almışıq. Amma onu uşaqlarından ayıran olmayıb. Özü gətirib. Öz xoşu ilə bizə verib. İstədiyi zaman onları gəlir aparır və geri gətirir. Haqqı, hüququdur. Nə vaxt istəsə, gəlib uşaqları apara bilər. Amma aparmır. Onlara mən baxıram".
Qeyd edək ki, Canana və M.İsgəndərlinin oğlu Kərim qalmaqallı şəkildə boşanıblar. Üç uşağın qəyumluğu anaya verilsə də, lakin onlar M.İsgəndərli ilə qalır. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO