Qurbanqulu Berdiməhəmmədovun anası vəfat etdi - Prezident səfərini TƏXİRƏ SALDI - FOTO

Qurbanqulu Berdiməhəmmədovun anası vəfat etdi - Prezident səfərini TƏXİRƏ SALDI - FOTO

Hazırda oxunan: Qurbanqulu Berdiməhəmmədovun anası vəfat etdi - Prezident səfərini TƏXİRƏ SALDI - FOTO

129652

Türkmən xalqının milli lideri, Xalq Şurasının sədri və eks-Prezident Qurbanqulu Berdiməhəmmədovun anası vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TDX dövlət agentliyi məlumat yayıb. 

Oqulabat Berdiməhəmmədovanın 86 yaşında vəfat etdiyi açıqlanıb. 

Qeyd edək ki, Oqulabat Berdiməhəmmədova hazırkı dövlət başçısı Sərdar Berdiməhəmmədovun da nənəsidir.

Bununla əlaqədar olaraq Tacikistan və Türkmənistan İşgüzar Şurasının ilk iclası və iki ölkə sahibkarlarının biznes forumu ləğv edilib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO