Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı

Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı

Hazırda oxunan: Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı

129326

Ötən gün Bakıda “Toyota Prius” markalı avtomobillərlə avtoxuliqanlıq edən iki taksi sürücüsü saxlanılıb.  

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində baş verib.  

Səbail Rayon DYP Şöbəsinin əməkdaşları ərazidə təhlükəli manevrlər edən iki taksi avtomobilini müəyyən edərək onları saxlayıblar.  

“Toyota Prius” markalı, 99-PB-280 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Ziya Hacıyev,  77-CY-310 dövlət nömrə nişanlı avtomobili idarə edən Ramin İsrayılov barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilib. Eyni zamanda, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO