Azərbaycanda nəhəng körpünün tikintisi PLANLAŞDIRILIR

Azərbaycanda nəhəng körpünün tikintisi PLANLAŞDIRILIR

Hazırda oxunan: Azərbaycanda nəhəng körpünün tikintisi PLANLAŞDIRILIR

129281

Azərbaycanda nəhəng körpünün tikintisi planlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən "Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun 4 zolağa genişləndirilməsi layihəsinin Ətraf Mühitə Təsirinin Qiymətləndirilməsi"nə dair hesabat tədbirində “Gidrotransproyekt” Elmi-tədqiqat mərkəzinin direktoru, “Evroskom” ASC-nin sədri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, yolun genişləndirilməsində nəzərdə tutulan ərazi sürüşmə zonası olduğundan həmin ərazidə böyük körpünün inşası planlaşdırılıb. Körpünün uzunluğu 1180, hündürlüyü isə 83 metr olacaq. Körpü Azərbaycanda ən böyük yol ötürücüsü olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO