Aysel Əlizadə:

Aysel Əlizadə: "Günü 1 manata gözəllik salonunda işləyirdim" - VİDEO 

Hazırda oxunan: Aysel Əlizadə: "Günü 1 manata gözəllik salonunda işləyirdim" - VİDEO 

129120

Müğənni Aysel Əlizadə həyatı ilə bağlı dilə gətirdiyi etirafları ilə gündəmə səs salıb.

Bizim.Media xəbər verir ki, sənətçi "MTV xəbər" verilişinə müsahibəsində bir zamanlar gözəllik salonunda köməkçi işlədiyini açıqlayıb.  

“Bir ara anama kömək etmək üçün gözəllik salonunda köməkçi işləmişəm. O zaman universitetdə problemim var idi. Çox çətin idi. Evdə hamıya kömək etməliydim. Yanımızdakı salonda işləmək istədim. Anama dedim ki, orada işləyim, heç olmasa, nə qazanıramsa, köməklik edim.  
Salondakı xanımın isə köməkçiyə ehtiyacı yox idi. Ürəyi ağrımışdı, mənə gündə bir manat verirdi. Bir manata salonda saç kəsimindən sonra yerləri süpürürdüm. Əsas olan o idi ki, anama köməklik edim. O bir manat mənim üçün böyük pul idi və ilk qazancım idi”, - deyə Aysel vurğulayıb.  
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO