Bakıda sular dondu - “Azərsu”-ya 100-ə yaxın şikayət daxil olub

Bakıda sular dondu - “Azərsu”-ya 100-ə yaxın şikayət daxil olub

Hazırda oxunan: Bakıda sular dondu - “Azərsu”-ya 100-ə yaxın şikayət daxil olub

12896

Şaxtalı hava şəraiti ilə əlaqədar olaraq suların donması ilə bağlı 100-ə yaxın bizə müraciətlər daxil olub.

Bu barədə Bizim.Media-ya “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı məlumat verib.

Bildirib ki, sulların donması halları əsasən fərdi yaşayış evlərində qeydə alınıb. Bizdə vətəndaşlara dəfələrlə müraciət etmişik ki, şaxtalı hava şəraitini nəzərə alaraq özləri qabaqlayıcı izolasiya tədbirlərini həyata keçirsinlər.

Qəza baş verərsə bizim “qaynar xətt”ə zəng etsinlər. 

Mətbuat katibi qeyd edib ki, Bakı şəhərində çoxmərtəbəli binların su xəttlərində heç bir problem olmayacaq:

“Çünki, bizim su xətləri və turbalarımız 90 sm və ya 1 metr dərinlikdə topağın altına basdırılıb, bloklarda izoliasiya edilib. Ona görə də riskli hal qeydə alınmayıb. 

Bu gecə Bakıda 9  dərəcə şaxtanın olması ilə əlaqədar “Azərsu” ASC- nin briqadaları rayonlar üzrə ezam olunublar. Qəza olarsa mütləq bizə zəng etsinlər”- deyə, o, fikrini tamamlayıb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO