Azərbaycandan ABŞ-a ticarət missiyası təşkil ediləcək

Azərbaycandan ABŞ-a ticarət missiyası təşkil ediləcək

Hazırda oxunan: Azərbaycandan ABŞ-a ticarət missiyası təşkil ediləcək

128942

Azərbaycandan ABŞ-a ticarət missiyasının təşkil edilməsi nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bunu nazirin I müavini Elnur Əliyev ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşdə bildirib. 

Görüşdə qeyd olunub ki, ABŞ-Azərbaycan Ticarət Palatası investisiya əməkdaşlığının inkişafı, ikitərəfli işgüzar əlaqələrin qurulması üçün səmərəli mexanizmdir.
Bu il ABŞ-a təşkili nəzərdə tutulan ticarət missiyası da biznes subyektləri arasında əlaqələrin dərinləşdirilməsinə xidmət edəcək. 

Görüşdə ticarət və investisiya əlaqələrinin təşviqi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO