Ukrayna Gömrük Komitəsinin Sədri azərbaycanlıya ən sərt cəzanı tələb etdi - CİNAYƏTİN İZİ İLƏ

Ukrayna Gömrük Komitəsinin Sədri azərbaycanlıya ən sərt cəzanı tələb etdi - CİNAYƏTİN İZİ İLƏ

Hazırda oxunan: Ukrayna Gömrük Komitəsinin Sədri azərbaycanlıya ən sərt cəzanı tələb etdi - CİNAYƏTİN İZİ İLƏ

12891

Xəbər verdiyimiz kimi fevralın 19-u Kiyev şəhərində Azərbaycan vətəndaşı piyadanı yumruq zərbəsi ilə öldürüb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisəni törədən Ukraynada taksi fəaliyyəti göstərən, Azərbaycan vətəndaşı Abdulla Əziz, vəfat edən piyada isə Vladislav Kornienkonu olub.

 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı sürücüdən görünməmiş vəhşilik: Piyadanı döyərək öldürdü - VİDEO


V. Kornienko Ukrayna Dövlət Gömrük Komitəsinin əməkdaşı olub. Bu barədə məlumatı komitənin rəhbəri Anatoli Makarenko Facebook səhifəsində yazıb.

O, Vladislavın gömrük formasında olan fotosunu yayımlayaraq bu sözləri qeyd edib:

"Kornienko Vladislav Leonidoviç...

Təvazökar, düzgün insan. Kiyev gömrüyünün dürüst əməkdaşı.

Məhz onu fevralın 19-u Kiyevin mərkəzində, piyada keçidində öldürüblər. Faciənin əks olunduğu görüntülər bütün kanallarda yayımlanıb. Ümid edirəm ki, qatil təkcə yerdəki məhkəmə tərəfindən cəzalanmayacaq. Vladislav Leonidoviçə isə Allahdan rəhmət diləyirəm ".

Qeyd edək ki, Abdulla Əzizli barəsində şənbə günü Kiyev məhkəməsi tərəfindən qətimkan tədbiri seçilib və o, həbs edilib. A.Əzizli məhkəmədə piyadaya iki yumruq atdığını bildirib. Onun sözlərinə görə yumruqlardan biri, mərhumun sifətinə dəyib və o, zərbənin təsirindən yerə yıxılıb.

Daha sonra piyadanı yolda qoyaraq, A. Əzizli avtomobilinə minərək, hadisə yerindən uzaqlaşıb. Çox keçmədən o, Ukrayna hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

A. Əzizlinin bildirdiyinə görə, piyada onu söydüyü üçün onu vurub. 

Məlumatına görə V. Kornienkonun ölümünə yıxılarkən aldığı beyin- kəllə zərbəsi olub. 

Bizim.Media




 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO