“Neftçi” millinin üzvü ilə yeni müqavilə bağlayacaq

“Neftçi” millinin üzvü ilə yeni müqavilə bağlayacaq

Hazırda oxunan: “Neftçi” millinin üzvü ilə yeni müqavilə bağlayacaq

128907

"Neftçi" aparıcı üzvlərindən birini komandada saxlamaq niyyətindədir.  

Bizim.Media xəbər verir ki, “ağ-qaralar” Eddi İsrafilovun müqavilə müddətini artırmaq istəyir.  

Paytaxt klubunun rəhbərliyi Azərbaycan millisinin üzvünü daha bir il artırmağı planlaşdırır. 2022-ci ildə “Neftçi”yə keçmiş 30 yaşlı yarımmüdafiəçinin hazırkı komandası ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir. 

Qeyd edək ki, İsrafilov “Mursiya”, “Qranada”, “Eybar”, “Kordoba”, “Kadis”, “Ximnastik”, “Alkarkon”, “Albasete” klublarında oynayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO