Fəzail Ağamalı partiyada yerini övladına ötürür? — Qızından AÇIQLAMA

Fəzail Ağamalı partiyada yerini övladına ötürür? — Qızından AÇIQLAMA

Hazırda oxunan: Fəzail Ağamalı partiyada yerini övladına ötürür? — Qızından AÇIQLAMA

128881

Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya Məsələləri üzrə müşaviri, deputat Fəzail Ağamalının qızı Günay Ağamalı gələn il Azərbaycanda keçirilməsi gözlənilən parlament seçkilərində namizədliyini irəli sürməsi və partiyada atasını əvəzləməsi barədə iddialara münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, Günay Ağamalı demokrat.az-a müsahibəsində hələlik deputatlığa namizəd olmaq haqqında düşünmədiyini deyib:

"Açığı söyləyim ki, deputatlığa namizəd olmağım haqda fikir məndə formalaşmayıb. Bu, sosial şəbəkələrdə məni izləyən dəyərli soydaşlarımızın ola bilsin ki, gəldiyi qənaətdir. Çalışıram ki, partiya və sosial şəbəkə platfomalarında dövlətimizin və xalqımızın yanında olum. 
Partiyanın sədri olmaq haqqında isə ümumiyyətlə düşünmürəm. Bu, kifayət qədər çətin və məsuliyyətli bir işdir. Bu gün Fəzail Ağamalı partiyamıza sədrlik səlahiyyətini uğurla yerinə yetirir. Partiyamızda da sədrin dəyişməsi ilə bağlı hər hansı fikir mübadiləsi aparılmır".

O, Ana Vətən Partiyasının güclü siyasi təşkilat olduğunu söyləyib:

"Partiyamız komanda kimi fəaliyyət göstərir. Partiyanın sədri, millət vəkili Fəzail Ağamalının partiyanın fəaliyyəti ilə bağlı müəyyən etdiyi kursa uyğun olaraq, bütün komanda üzvləri kimi fəaliyyətimi qurmağa çalışıram. Bunun necə alındığını partiyanın fəaliyyətini izləyən soydaşlarımız daha doğru bilər".

Günay Ağamalı Ana Vətən Partiyası ilə digər siyasi partiyaların birləşməsi ehtimalından da danışıb:

"Məndə olan məlumata görə, siyasi partiyaların Ana Vətən Partiyasına birləşməsi ilə bağlı hər hansı bir təklif, müraciət daxil olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO