Türkiyədə istehsal olunan ilk yerli elektromobil - “Togg”un sayca ikinci modeli Azərbaycana gətirilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankla görüşdə məmnunluğunu bildirib, Türkiyə dövlətinin başçısına minnətdarlığını ifadə edib.
MÖVZU İLƏ BAĞLI:
Prezident “Togg”un Bakıya gətirilməsindən məmnunluğunu bildirdi
İ.Əliyev bu tipli avtomobilin ikincisinin ölkəmizdə olmasını dostluq və qardaşlıq münasibətlərimizin təzahürü kimi dəyərləndirib.
Xatırladaq ki, “Togg”un zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlayıb.
Bizim.Media