Britaniya səfiri ilk dəfə at belində – Zaqatalada həyəcanlı anlar - FOTO

Britaniya səfiri ilk dəfə at belində – Zaqatalada həyəcanlı anlar - FOTO

Hazırda oxunan: Britaniya səfiri ilk dəfə at belində – Zaqatalada həyəcanlı anlar - FOTO

128782

Britaniyanın Azərbaycandakı səfiri Zaqatalada ilk dəfə at sürüb.

Bu il ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edəcək Tural və Turan qardaşlarına dəstək olmaq məqsədi ilə ingilis diplomat Zaqatalada olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ölkəmizə gəldiyi gündən insanlarla qaynayıb-qarışan, onlarla ünsiyyət yaratmaqda heç bir çətinlik yaşamayan Fergus Auld Zaqatalada da özünü yad deyil, doğma insan kimi sevdirə bilib. 

Zaqatalanın Yuxarı Tala kəndinin düzənlik ərazisində at sürmək istəyən səfirlə biz də görüşmək imkanı əldə etdik. Cənab səfirlə salamlaşdıqdan sonra ilk təəssüratlarını öyrənmək istədikdə yarızarafat-yarıciddi bildirdi ki, onun bu şəhərə ikinci gəlişidir və bu rayon haqda təəssüratları xoşdur. 
Səfir onu da əlavə edib ki, havanın qarlı-yağmurlu olması onun bu xoş əhvalını bir qədər də yüksəldir. 

Diplomat Qarabağ atlarının İngiltərədə təşkil edilən festivallarda göstərdiyi məharəti yaxşı xatırladığını və məhz “Avroviziya” təmsilçiləri ilə də bu yöndə çəkilişlər aparıldığını diqqətimizə çatdırır. 

Fergus Auld Azərbaycan dilində danışmağı çox sevir və bizimlə də ünsiyyət qurmaqda çətinlik yaşamır. O, bildirir ki, ömründə ilk dəfə at sürəcək və olduqca həyəcanlıdır. Digət tərəfdən, səfir bölgənin çox füsunkar, yamyaşıl, hər şeyin qəşəng olduğunu diqqətimizə çatdırır. 

Fürsətdən yararlanıb Fergus Aulddan “Avroviziya” təmsilçilərimizlə bağlı təəssüratlarını da öyrənirik. 

İngilis diplomat tərəddüdsüz “Ümid edirəm ki, Tural-Turan qardaşları uğur qazanacaqlar” dedi. 

Daha sonra səfir sürəcəyi atı minərək onun doğrudan da insanın ən vəfalı dostu olduğuna bir daha əmin olduğuna şahidlik etdi. 








Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO