"Barselona" La Liqanın prezidenti Xavyer Tebasın kluba qarşı hakimlərə rüşvət verməkdə və nəticələrə təsir etməkdə ittiham irəli sürülməsi haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.
Bizim.Media "Diario Sport"a istinadən xəbər verir ki, Tebas prokurora məktub göndərərək "Barselona"nın 2 keçmiş prezidentini ittiham edib.
Lakin məlum olub ki, bu sənəd başqa bir işə - İspaniya Kral Futbol Federasiyasının vəsaitdən sui-istifadə etməsinə aiddir. Tebas sənəddə görünən adları "Barselona"nın keçmiş prezidentləri ilə və Xose Mariya Enrikes Neqreyraya rüşvət ödəmələri ilə əlaqələndirib.
Kataloniya klubu isə buna cavab olaraq Tebasın ictimaiyyətdən üzr istəməsini, həmçinin istefasını tələb edib:
"Xavyer Tebas klubumuzu günahlandırıb. Qəzəb içindəyik. "Barselona" heç vaxt hakimlərə rüşvət ödəməyib. Xavyer Tebas yalnız bir istiqamətdə hərəkət edir:Faktlar göstərilməmiş insanların gözü qarşısında qınamağa çalışır. Onun bizi belə ittiham edəcəyini heç ağlımıza da gətirməzdik. Xavyer Tebas üzr istəməli, istefa verməlidir. Başa düşürük ki, o, klubumuza zərər vurmağa davam edəcək".
Qeyd edək ki, martın 10-da İspaniya prokurorluğu “Barselona”ya qarşı hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya klub tərəfindən 7,3 milyon avro rüşvət ödənilməsi ilə bağlı ittiham irəli sürüb.
Bizim.Media
- A-
- A
- A+
İdman
04:31 / 04.04.2023
"Barselona" La Liqa prezidentinin istefasını tələb etdi
Hazırda oxunan: "Barselona" La Liqa prezidentinin istefasını tələb etdi
Hazırda oxunan: "Barselona" La Liqa prezidentinin istefasını tələb etdi
128765
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.