Rusiyadan gətirilən toyuqların dərisində salmonella aşkarlandı

Rusiyadan gətirilən toyuqların dərisində salmonella aşkarlandı

Hazırda oxunan: Rusiyadan gətirilən toyuqların dərisində salmonella aşkarlandı

12865

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Rusiya Federasiyasında fəaliyyət göstərən “PECYPC-ЮГ” MMC tərəfindən istehsal olunan və "AZFOOD COMPANY” MMC tərəfindən ölkəmizə idxal edilən 9.97 ton dondurulmuş toyuq dərisi məhsulu partiyasına Agentliyin müfəttişləri baxış keçirib.

 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan Azərbaycana gətirilən toyuq əti yararsız çıxdı

​​​​​​​
Baxış zamanı idxal olunan məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Müayinələr nəticəsində məhsullarda salmonella patogen mikroorqanizmləri aşkarlanıb.

Agentlik tərəfindən istehlaka yararsız dondurulmuş toyuq dərisi məhsullarının zərərsizləşdirilməsi və ya məhv edilməsi ilə bağlı qərar qəbul edilib. Hazırda qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlər görülür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO