Mehriban Xanlarova: “Sonsuz deyiləm, üç uşağım olub, itirmişəm” - VİDEO

Mehriban Xanlarova: “Sonsuz deyiləm, üç uşağım olub, itirmişəm” - VİDEO

Hazırda oxunan: Mehriban Xanlarova: “Sonsuz deyiləm, üç uşağım olub, itirmişəm” - VİDEO

128646

“Həyatdır… Haradan bilərdim ki, 1993-cü ildə gənc bacımı itirəcəyəm. Ana olmadım. Bunu isə heç zaman gizlətməmişəm. Haradan bilərdim ki, 21 yaşımda bacım öləcək, üç yaşındaki övladı mənə qalacaq və onu böyüdüb, başa çatdıracağam. Çətinliklə də olsa onu böyütdüm. Hazırda da o qızın altı balası var. Allah saxlasın”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova qonaq olduğu “Ulduzla” verilişində deyib. 

Övlad sahibi olmadığını söyləyən sənətçi bildirib ki, o, sonsuz deyil:  

“Övladları çox sevirəm. İnsanlar elə düşünürlər ki, övladı olmayan qadın başqa cür olur… Küçədə bir ana övladını döyəndə, istəyirəm usağı onun əlindən alıb, kənara çəkim. Övlad ən həssas yerimdir. Mən sonsuz deyiləm. Üç uşağım olub, onları itirmişəm.  Bu qismət, taledir”. 

İki dəfə ərə gedən M.Xanlarovanın sözlərinə görə, ikinci həyat yoldaşının qayınanası ona iztirablar çəkib: 

“Münasibətlərim yaxşı olmayıb. Bəzi qayınanalar var ki, çəkdikləri iztirabları gəlinlərinə yaşadırlar. Oğluna deyirdi ki, gəl mənimlə yat. O zaman mən gənc idim. Həyat yoldaşımla savaşırdım ki, niyə belə? Evdə məndən yaxşı yemək bişirən yox idi. Ailə bişirdiyim yeməyin dadından əllərini yalayırdı, amma yenə də pis idim.
Deyirdilər ki, bizdə yeməyə beş ədəd soğan və yağ vursaq, dadlı olar. Amma başa düşmürdülər ki, yemək bişirməyin özü bir məharətdir. Mənim ikinci həyat yoldaşımla aramda 3-5 yaş fərq olub. Bunu da insanlar tənqid edirdilər. Amma burada tənqid olunası bir məsələ yoxdur. Ailələr var ki, bəylə xanımı arasında 10 yaş fərq var”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO