“Neftçi” “Turan Tovuz”un legionerini transfer edəcək

“Neftçi” “Turan Tovuz”un legionerini transfer edəcək

Hazırda oxunan: “Neftçi” “Turan Tovuz”un legionerini transfer edəcək

128645

“Neftçi”nin növbəti mövsüm üçün heyətində görmək istədiyi daha bir futbolçunun adı məlum olub. 

Bizim.Media xəbər verir ki, paytaxt klubu “Turan Tovuz”un ingiltərəli hücumçusu Natan Oduvaya maraq göstərir.  

Bu mövsüm yaxşı formada olan Oduva Tovuz təmsilçisinin heyətində ən çox fərqlənən futbolçulardandır. “Neftçi” mövsümün sonunda “Turan Tovuz”la müqaviləsi yekunlaşacaq futbolçunu azad agent statusu ilə transfer etmək istəyir.  
Qeyd edək ki, vaxtilə “Tottenhem”də də oynayan Oduva ölkəmizdə daha əvvəl “Keşlə”nin şərəfini qoruyub. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO