Tanınmış jurnalist Vəli Əkbər AzTV-də yüksək vəzifəyə təyin olundu

Tanınmış jurnalist Vəli Əkbər AzTV-də yüksək vəzifəyə təyin olundu

Hazırda oxunan: Tanınmış jurnalist Vəli Əkbər AzTV-də yüksək vəzifəyə təyin olundu

128616

Tanınmış jurnalist, publisist Vəli Əkbər Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV)  İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsinə təyin olunub. Bu gün Vəli Əkbər kollektivə təqdim olunub. 

Qeyd edək ki, Vəli Əkbər “Press-Fakt” qəzetində məsul katib, “Həftə-içi” qəzetində baş redaktorun müavini, “Rezonans” qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

Tanınmış jurnalist həmçinin “Lider” TV-də Xəbərlər departamentinin rəhbəri, AzTV-də Xəbərlər studiyasının direktor müavini vəzifələrində işləyib. 
Vəli Əkbərin sonuncu iş yeri isə Bizim.Media informasiya portalı olub. O, bir neçə il Bizim.Media informasiya portalında baş redaktorun müavini işləyib. 

Bizim.Media ailəsi olaraq həmkarımıza yeni işində uğurlar arzulayırıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO