"İran-Ermənistan qardaşlığı bütövlükdə regiona təhlükədir" - Ayxan Hacızadə

Hazırda oxunan: "İran-Ermənistan qardaşlığı bütövlükdə regiona təhlükədir" - Ayxan Hacızadə

128251

"Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır".

Bizim.Media Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bunu qurumun mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənaninin iddialarına cavabında deyib.

O bildirib ki, son 30 il ərzində İran faktiki olaraq, səssiz razılığı ilə, Ermənistanın Azərbaycan ərazilərinin işğalına göz yumub:

"Qarabağ və Şərqi Zəngəzurun işğalı və bu ərazilərin talan edilməsinə, bu ərazilərdəki evlərdən sökülmüş daşların İran bazarlarında satılmasına, mövcud olmuş 67 məsciddən 65-nin dağıdılması və təhqir edilməsinə İran tərəfindən əhəmiyyət verilməməsi yaxşı məlumdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO