İlon Mask və bir qrup ekspert süni intellekt istiqamətində çalışan şirkətlərə açıq məktubla müraciət edərək, "GPT-4"dən daha güclü sistemlərin öyrənilməsində altı aylıq pauza verməyə çağırıblar. Onların fikrincə, süni intellekt cəmiyyət və bəşəriyyət üçün potensial təhlükə daşıyır. Məktubu 1100 nəfər alim və mütəxəssis imzalayıb.
Görəsən, süni intellektin inkişafı niyə alimləri qorxuya salıb?
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirir ki, aüni intellekt texnologiyası üzərində assosiasiya şəklində beynəlxalq nəzarət mexanizmi yaradılmalıdır:
MÖVZU İLƏ BAĞLI:
Süni intellekt BU PEŞƏLƏRİ tarixin arxivinə göndərəcək - SİYAHI
“Süni intelekt elə bir istehsal məhsuludır ki, mənfi istiqamətə yönəlsə, bəşəriyyət üçün təhlükə törədəcək. Amma müsbət istiqamətə yönəltməklə ondan bəşəriyyətin inkişafı üçün istifadə etmək də mümkündür. Hesab edirəm ki, bəşəriyyət əleyhinə istifadə edilməsinin qarşısını almaq üçün süni intelektlə məşğul olan şirkətlər, biznes tərəfdaşlarını birləşdirən beynəlxalq assosiasiya yaradılmalıdır.
Süni intelekt elə bir məhsuldur ki, hansı fəsadları olmasına baxmayaraq, əvvəlcədən proqramlaşdırılmış, ona verilmiş komanda əsasında proqramı sona qədər yerinə yetirir.
Rusiya bu yaxınlarda elan etdi ki, onun nüvə başlıqları süni intellekt vasitəsilə işə düşür. Yəni, yalnız ölkə rəhbərinin düyməni basması ilə sistem işə düşür və bundan sonra dövlət başçısının özü də həmin proqramı dayandırmaq gücünə malik deyil. Dövlətlərin fəaliyyətinə məsul olan BMT adlı qurumun olması kimi, süni intellektlə bağlı da xüsusi güc və səlahiyyətə malik beynəlxalq təşkilat da yaradılmalıdır.”
Rüfət Sultan, Bizim.Media