Türk Şurasının zirvə toplantısı İstanbulda keçiriləcək

Türk Şurasının zirvə toplantısı İstanbulda keçiriləcək

Hazırda oxunan: Türk Şurasının zirvə toplantısı İstanbulda keçiriləcək

12795

Bu ilin payızında Türkiyənin İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti zirvə toplantısı keçirəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türk Şurasının baş katibi Bağdad Əmrəyevin görüşündə bildirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Türk Şurasının Baş katibi ilə görüşdü


Bundan başqa, bu ilin mart ayının sonunda Türküstanda Türk Şurasının qeyri-rəsmi zirvə toplantısının keçirilməsi planlaşdırılır.

C.Bayramov və B.Əmrəyev qarşıdakı bu mühüm tədbirlərə hazırlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, Türk Şurasına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Təşkilatdakı müşahidəçi ölkə isə Macarıstandır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO