11 ayın sultanı Ramazanın daha bir gününü yaşayırıq. Ramazan həm də xeyirxahlıq ayıdır. Hər bir müsəlman bu ayda xeyriyyə işlərinə rəvac verməli, gözəl işlərlə insanlığa naxış vurmalıdır. Allahın buyurduğu yolla gedən hər kəs halal ruzi axtarmalıdır, haramdan əlini çəkməlidir.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 15-də Bakıda imsak saat 05:00-də, iftar isə saat 19:18-dədır.
Ramazan ayının 9-cu gününün duası:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".
Tərcüməsi:
"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"
Oruc tutanlar hər ehtimala qarşı imsak üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
Digər şəhərlər üçün Bakı vaxtına edilən əlavələr:
Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şəbran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənləran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Merneulli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +18, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9.
Allah orucunuzu qəbul etsin!
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 30.03.2023
Ramazanın 9-cu GÜNÜNÜN DUASI: "Xeyirxah əməllərə vəsilə olaq, gözəl əməllərə doğru gedək"
Hazırda oxunan: Ramazanın 9-cu GÜNÜNÜN DUASI: "Xeyirxah əməllərə vəsilə olaq, gözəl əməllərə doğru gedək"
Hazırda oxunan: Ramazanın 9-cu GÜNÜNÜN DUASI: "Xeyirxah əməllərə vəsilə olaq, gözəl əməllərə doğru gedək"
127877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.