YAP İcra katibliyində dəyişikliklər gözlənilir

YAP İcra katibliyində dəyişikliklər gözlənilir

Hazırda oxunan: YAP İcra katibliyində dəyişikliklər gözlənilir

12759

Son günlərdə mediada hakim Yeni Azərbaycan Partiyasında bəzi struktur dəyişikliyin həyata keçiriləcəyi və partiyada ciddi şəkidlə dəyişikliklər olması ilə bağlı məlumatlar yayılır. İlk olaraq yenilənəcək qurumlar içərisində partiyanın İcra katibliyi yer alır. 

Yeni Azərbaycan Partiyasının İcra katibinin müavinləri Milli Məclisin deputatı Siyavuş Novruzov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı idilər.
 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyanın İcra katibinin müavinliyinə bir neçə şəxsin namizədliyi məsələsi gündəmdədir. 
 

MÖVZU İLƏ BAĞLI:

Yeni Azərbaycan Partiyası YENİlənir?


Belə ki, bu vəzifələrə namizəd qismində Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyasının üzvləri Ramil HəsənovRamin Məmmədov, xanımlardan isə Sevinc Fətəliyevanın adları hallanır. Xatırladaq ki, Sevinc Fətəliyeva hazırda Yeni Azərbaycan Partiyası İcra aparatında şöbə müdiridir.

Siyavuş Novruzovun yerinə seçiləcək şəxs qismində isə Aydın Hüseynovun adı hallanır. Bu baxımdan Aydın Hüseynovun media fəallığı başa düşüləndir. 

Görünən odur ki, yenilənmə ilə bağlı görülən işlər çərçivəsində partiyanın yeni bir quruma çevrilməsi planlaşdırılır.

Lakin yeni seçiləcək və Yeni Azərbaycan Partiyasının yeni simaları olacaq şəxslərin çiyinlərində çox ciddi məsuliyyət olacağı indidən demək olar.

Bu şəxslər öz fəaliyyəti ilə əvvəlki dövrlərdən fərqli olaraq, gənclərlə (əhalinin 60%) birbaşa ünsiyyətdə olan 700 minlik ordunu idarə etməlidir.

Sadə xalqın arasında olmaq, sadə xalqın dilindən danışmaq Yeni Azərbaycan Partiyasının siyasi prestijini daha da gücləndirəcək bir addımdır.

Hazırda Yeni Azərbaycan Partiyasının bürokratları ölkə Prezidentinin siyasi kursunun təbliğində Partiya sədrinin fəallığı ilə ayaqlaşa bilmirlər.

Bizim.Media-nın əldə etdiyi digər məlumata görə isə son dövrlərdə sosial şəbəkələrdə aktiv fəaliyyəti ilə diqqət çəkən “İmza” Sosial İnkişafa Dəstək İctimai Birliyinin yeni partiya kimi formalaşdırılacağı və ya burada təmsil olunan kadrların yenilənən Yeni Azərbaycan Partiyasında təmsil olunması ilə bağlı müzakirələr də gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO