Daha bir “tiktoker” həbs edildi

Daha bir “tiktoker” həbs edildi

Hazırda oxunan: Daha bir “tiktoker” həbs edildi

127493

Azərbaycanda daha bir tiktoker həbs edilib. 

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, tiktok sosial şəbəkəsində məşhurlaşan Əmrah Məhərrəmov saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən protokol tərtib edilib. 
Ə.Məhərrəmov Nərimanov Rayon Məhkəməsinə göndərilib. Onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Məlumatı DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər. 

Qeyd edək ki, bir müddət öncə tanınmış musiqiçi Hüseyn Məhəmmədoğlu bir neçə tiktokerdən DİN-ə şikayət edib. Onların arasında Əmrah Məhərrəmov da olub. Lakin adıçəkilən şəxs Gürcüstana getdiyi üçün saxlanılması mümkün olmayıb. Bu gün ölkəyə gələn Ə.Məhərrəmov saxlanılıb. 

Bildirilib ki, o, daha əvvəl də canlı yayımda işlətdiyi ifadələrə görə saxlanılıb və həbsdə olub. 

Qeyd edək ki, Əmrah Məhərrəmov son bir ayda həbs edilən dördüncü tiktokerdir. Mart ayında tanınmış tiktokerlər: “Daqqılı” ləqəbli Ziliş Cəfərov, Səbuhi Xanlarov və “Ömər” ləqəbli Rövşən Camirzəyev inzibati qaydada həbs edilib. Onlar da xırda xuliqanlıq əməlində təqsirli biliniblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO