Bizim.media-nın məlumatına əsasən, mütəxəssislər Marsın səthinə enməyi “yeddi dəqiqəlik terror” adlandırırlar.
MÖVZU İLƏ BAĞLI:
NASA Marsa getmək istəyənlərin qeydiyyatına başladı – Biletlər satılır
“Rover”in qırmızı planetə səyahəti atmosferə girdikdən 230 saniyə sonra, 7 mil yuxarıda paraşütün şişməsi ilə başlayıb, səthə toxunması ilə başa çatıb.
Həmin bu müddət ərzində, titrəyişlərin baş verməsi fiksasiyaya səbəb olub.
Marsın ilk səsi “Rover”dəki mikrofonla qısa bir müddətdə götürülüb. Səslər tam eşidilməsə də, mütəxəssislər həmin səsi 2 aktava artıraraq, mars küləyinin səsini əldə ediblər.
Qeyd edək ki, “Rover” NASA-dan heç bir köməklik almadan bir tərəfli istiqamətdə 11 dəqiqəlik gecikmə ilə səthə eniş edir.
Xatırladaq ki, ötən günlərdə “Perseverance”(Əzm) aparatı Marsa beşinci enişi edərək, qırmızı planetin ilk ağ-qara görüntülərini yayımlamışdı.
Ümumilikdə, “Əzm” yaxınlaşdırma və rəng imkanlarını da əhatə edən video qabiliyyətinə malik 23 kameraya sahibdir.
Gül Qədirli, Bizim.Media