Bir neçə həftə əvvəl Şəkidə “Xan sarayı”nda “Olsun” adlı mahnısını ekranlaşdıran müğənni Aysun İsmayılova açıqlaması ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, sənətçi sözügedən klipində sevgili obrazında çəkilən həyat yoldaşı Eşqin Cəlilovdan söz açıb.
“Niyə ekran işində məhz həyat yoldaşınız çəkilib?” sualına Aysun belə cavab verib:
“Klipdə sevgili obrazı olmalı idi. Mən də başqa kişi ilə çəkilmək istəmədim. Bu ola bilməz. Klipdə, filmdə olsa da, xeyri yoxdur. Başqa oğlanı özümə toxundurub, haram eləməkdənsə, öz həyat yoldaşımı çəkərəm, halal olar. Mən kişilərlə əl-ələ görüşmürəm. Uzaqdan salamlaşıram. Bu isə həm özümün istəyidir, həm də həyat yoldaşım buna icazə verməz”.
Müğənni bildirib ki, hər yerə onu həyat yoldaşı Eşqin aparıb-gətirir:
“Eşqinin ayağı mənə düşərlidir. Onsuz bir günüm olmasın. Ərim iş adamıdır. Avtomobil idarə edə, sürücü ilə də gəzə bilmirəm. Buna görə də hər yerə məni aparır-gətirir. Eşqin artıq şou-biznesə öyrəşib”.
Saçlarını sarıya boyadığına görə izləyicilərin tənqidi ilə qarşılaşan Aysun onların cavabını da verib:
“Saçlarımı sarıya boyadım. Bundan sonra sosial şəbəkələrdə izləyicilər onları yenidən qara rəngə boyamağımı yazdılar. Amma sarı saç mənim ən sevdiyimdir. Uzun illər idi ki, onları yandırmadan sarı rəngə boyamağa çalışırdım. Bir də ki, həyat yoldaşım sarı saçı sevir. Neyləyim?!”
Rəşad Əliyev, Bizim.Media