Bakı Dairəvi Yolunda qəza: Tıxac yarandı

Bakı Dairəvi Yolunda qəza: Tıxac yarandı

Hazırda oxunan: Bakı Dairəvi Yolunda qəza: Tıxac yarandı

12732

Bakı 3-cü Dairəvi Yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, avtomobil satışı mərkəzinin yaxınlığında, Lökbatan istiqaməti üzrə yolda iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində yaranan qəza hər iki istiqamət üzrə avtomobillərin sıxlığına səbəb olub.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda YPX əməkdaşları hadisə yerindədir və sıxlığın aradan qaldırılması üçün tədbirlər görürlər:

“Yolun hər iki istiqamətində yaranan süni sıxlığa digər avtomobil sürücülərinin bir neçə saniyəlik də olsa sürəti azaldaraq qəzanı müşahidə etməsi səbəb olur” – deyə V.Əsədov bildirib.

Şöbə rəisi əlavə edib ki, qəzanın ağırlıq dərəcəsi və detalları barədə əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO