Fərqli ölkələrdə qadınların gözəllik sirrləri

Fərqli ölkələrdə qadınların gözəllik sirrləri

Hazırda oxunan: Fərqli ölkələrdə qadınların gözəllik sirrləri

12709

Dünyanın müxtəlif ölkələrində qadınların istifadə etdiyi gözəllik formullarını öyrənmək istərdinizmi?

Müxtəlif ölkələrin qadınları tərəfindən seçilən təbii maskalar, dərmanlar, nəmləndiricilər ...

Bizim.Media dərinizi qidalandıracaq və cavanlaşdıracaq xüsusi reseptlərlə dünyanın gözəllik sirrlərini təqdim edir:

Misirli qadınlar südün gücünü kəşf edib

Südün tərkibində laktik turşu dərini zərif şəkildə soyaraq təzələyir.  Misirli qadınlar süd vannaları ilə dərilərini təravətləndirirlər. Həm nəmlik, həm də yenilənmə təmin edən süd, pambıq köməyi ilə də  dəriyə tətbiq oluna bilər.

Dəridəki problemin həlli Çinli qadınlarda

Çindəki qadınlar düyü suyundan istifadə edərək dəri ləkələri ilə mübarizə aparır. Günümüzdə ölkəmizdə satılan bəzi Uzaq Şərq mənşəli ləkə kremlərinin tərkibində düyü süyüna rast gəlmək olar.

Soyuq ölkənin soyuq gözəllik sirri

İsveçdəki qadınlar daha gənc və canlı bir dəri üçün buz qəliblərində yaşıl çaya üstünlük verirlər.

Fransada isə qadınlar belə gözəlləşir

Fransız qadınlar dərilərini təmizlədikdən sonra albalı və nar toxumlarını döyməklə əldə edilən maskanı həftədə bir dəfə tətbiq edirlər. Dəridə 5 dəqiqə qalan bol vitaminli maska ​​dərinin elastikliyini artırır və parıldadır.

Onlar saçlarını belə bəsləyir

Latın Amerikasının gözəllik kraliçaları olan Kolumbiyalı qadınlar saçlarının gözəlliyini avokadoya borcludurlar. Əzilərək püre halına gətirilmiş meyvə 1 ədəd banan püresi ilə qarışdırılaraq saça sürtülür və saç tellərini kökündən ucuna qədər bəsləyir.

Bu maskanı ayda bir dəfə, 30 dəqiqə tətbiq etmək lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO