Azərbaycan ət idxalını ARTIRIB

Azərbaycan ət idxalını ARTIRIB

Hazırda oxunan: Azərbaycan ət idxalını ARTIRIB

127042

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

Bizim.Media-ya Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu həcmdə ətin dəyəri 11 milyon 992 min ABŞ dolları təşkil edib.

Həcm baxımından bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 137 ton (1,9 %) çoxdur, dəyər baxımından isə 139 min ABŞ dollar (1,1 %) azdır.

Xatırladaq ki, yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 90,4 min ton ət, 322,3 min ton süd, 355,6 milyon ədəd yumurta istehsal edilib, bir il əvvələ nisbətən ət istehsalı 2,8%, süd istehsalı 1,1% və yumurta istehsalı 16,1% artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO